"Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq".
Milli.Az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
Onun sözlərinə görə, Belarus heç bir ölkəyə hücum etmək niyyətində deyil və hərbi hazırlıqların məqsədi mümkün müharibənin qarşısını almaqdır.
Lukaşenko Qərb mediasında Rusiyanın Belarus ərazisindən istifadə etməklə Baltikyanı ölkələrə və Polşaya hücum edə biləcəyi barədə yayılan iddialara da münasibət bildirib. O, bu məlumatların əksinə olaraq, Belarusun heç kimə hücum etməyə hazırlaşmadığını vurğulayıb.
Belarus lideri qeyd edib ki, son vaxtlar ölkənin silahlı qüvvələrində aparılan yoxlamalar Qərbdə xüsusi diqqət çəkir. Onun sözlərinə görə, bu yoxlamalar yalnız ordu ilə məhdudlaşmır, bütün silahlı qüvvələri əhatə edir və tez-tez, genişmiqyaslı və intensiv şəkildə həyata keçirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)