"Starlink"in Rusiya analoqları olan "Rassvet" peykləri orbitdən düşməyə başlayıb.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, iyul ayında buraxılmış 17 və 23 nömrəli peyklər 240-260 km hündürlüyə enib və gündə 1,6 km-ə qədər sürətlə hündürlük itirməyə davam edir.
Bildirilib ki, əgər Rusiya onların orbitlərini düzəldə bilməsə, hər iki peyk atmosferdə yanaraq məhv olacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)