Peskov həmin müqavilədən danışdı

13 Oktyabr 2026 15:02

ABŞ ilə dizel yanacağının tədarükünə dair müqavilələrlə Rusiyanın Ukrayna ilə bağlı mövqeyi arasında birbaşa əlaqə yoxdur.

Milli.Az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Dizel yanacağının tədarükü ilə bağlı müqavilələrin Rusiyanın Ukrayna məsələsindəki mövqeyi ilə əlaqəli olub-olmadığı barədə suala cavab verən Peskov belə bir birbaşa əlaqə görmədiyini deyib.

O, dizel yanacağı ilə bağlı müqavilələri Rusiya ilə ABŞ arasında qarşılıqlı faydalı əməkdaşlığın bir istiqaməti kimi xarakterizə edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)