İspaniyanın "Xetafe" klubu "Real Madrid"in sabiq müdafiəçisi Dani Karvaxalın transferini rəsmən elan edib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ilə imzalanan müqavilə 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.
Dani Karvaxal karyerası ərzində "Real Madrid" və İspaniya millisinin heyətində ümumilikdə 29 titul qazanıb. Təcrübəli müdafiəçi UEFA Çempionlar Liqasının altıqat qalibi olmaqla yanaşı, İspaniya millisi ilə Avropa çempionluğunu da əldə edib.
Qeyd edək ki, daha əvvəl La Liqanın futbolçunun "Xetafe"yə keçidini maaş məbləğinin şübhəli dərəcədə aşağı olması səbəbindən qeydə almaqdan imtina etdiyi barədə məlumat yayılmışdı.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)