Oktyabrın 13-də Günəş aktivliyinin artması nəticəsində Yer kürəsində geomaqnit aktivliyi güclənib. Maqnit qasırğasının gücü K-indeksi üzrə 5-ə çatıb.
Milli.Az xəbər verir ki, bu barədə Meteoagent və Britaniya Geoloji Tədqiqatının məlumatlarında qeyd olunub.
Məlumata görə, oktyabrın 10-da baş verən tac kütləsinin atılması Yer kürəsinin kənar hissələrinə təsir edib. Bu hadisənin Günəşdəki koronal dəliklərdən gələn sürətli günəş küləyi axını ilə üst-üstə düşməsi geomaqnit aktivliyini daha da artıra bilər.
Nəticədə yaxın dövrdə zəif və orta intensivlikli G1-G2 səviyyəli maqnit qasırğalarının baş verməsi ehtimalı var.
Mütəxəssislər bildirirlər ki, hava dəyişikliklərinə həssas insanlar, yuxu problemi və tez yorulma yaşayanlar, eləcə də ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər bu dövrdə özlərini daha narahat hiss edə bilərlər. Baş ağrısı, halsızlıq, yuxululuq, əsəbilik və yuxu pozuntuları kimi şikayətlər yarana bilər.
Milli.Az