Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən gənc öldü - (Foto)

13 Oktyabr 2026 14:46

Ötən il ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, 2005-ci il təvəllüdlü Rəşad Məmmədəliyev müayinə üçün Bakı şəhərinə gedib.

Lakin yolda onun vəziyyəti anidən pisləşib. Nəticədə 21 yaşlı gənc vəfat edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)