Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

13 Oktyabr 2026 12:32

Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları tərəfindən Laosa daha çox investisiya yatırılacaq.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Laos Prezidenti Thonqlun Sisulit Prezident İlham Əliyevlə mətbuata bəyanatında deyib.

O deyib ki, daha çox ticarət olacaq, daha çox turistlər səfər edəcək və mədəniyyət sahəsində mübadilələr həyata keçiriləcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)