Bakıda məktəbə daş atıldı: İki şagird xəsarət aldı - (Video)

13 Oktyabr 2026 12:15

Bu gün Binə qəsəbəsində yerləşən 136 saylı məktəbdə şagirdlərə xəsarət yetirilib.

Milli.Az bildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, içəriyə daş atılıb, nəticədə iki şagird yaralanıb.

Əməli törədən şəxslər saxlanılıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)