ABŞ-dən İsrailə uçan təyyarədə bomba həyəcanı - Sərnişinlər təxliyə edildi

13 Oktyabr 2026 12:40

ABŞ-dən İsrailə uçan "Delta Air Lines" aviaşirkətinin təyyarəsi bomba təhlükəsi ilə bağlı daxil olan anonim məlumatdan sonra Ben Qurion hava limanına eniş edib.

Milli.Az xəbər verir ki, hadisə oktyabrın 13-də səhər saatlarında baş verib.

Nyu-Yorkdan yola düşən "DL234" nömrəli reys hava limanına çatdıqdan sonra yoxlama məqsədilə uzaq dayanacağa yönləndirilib. Sərnişinlər isə təyyarədən təxliyə olunublar.

İsrail Hava Limanları İdarəsinin açıqlamasına əsasən, aparılan araşdırma zamanı şübhəli heç bir əşya aşkarlanmayıb.

Bomba təhlükəsi barədə məlumatın ABŞ-də, yoxsa təyyarə İsrailə çatdıqdan sonra daxil olduğu hələlik dəqiqləşdirilməyib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)