"Roma" - "Real" oyununu azərbaycanlı hakim idarə edəcək

13 Oktyabr 2026 11:56

FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının Liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) - "Real" (İspaniya) oyununun baş hakimi olacaq.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını italiyalı Davide Di Marko yerinə yetirəcək.

Qeyd edək ki, görüş oktyabrın 14-də, Bakı vaxtı ilə saat 16:00-da Romadakı "Stadio Tre Fontane"də start götürəcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)