Moskvaya ilin ən böyük dron hücumlarından biri oldu

13 Oktyabr 2026 13:04

Ukrayna ötən axşamdan Moskva regionu istiqamətində bu ilin ən böyük hücumlarından birini həyata keçirib. 

Milli.Az xəbər verir ki, bu barədə məlumat rəsmi statistikada yer alıb. 

12 oktyabr saat 20:30-dan 13 oktyabr saat 07:00-dək Moskva regionu istiqamətində uçan 417 dron qeydə alınıb.

Sobyanin dronların böyük hissəsinin hərbi hava qüvvələri tərəfindən uzaq məsafələrdə zərərsizləşdirildiyini, 65 dronun isə Moskva yaxınlığında vurulduğunu bildirib. 

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)