"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib - (Video)

13 Oktyabr 2026 22:43

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Milli.Az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda Çexiyanın "Slaviya" kollektivini qəbul edən Azərbaycan çempionu 2:0 hesablı qələbəyə sevinib.

İlk qolu 49-cu dəqiqədə Kahim Parris vurub. 88-ci dəqiqədə isə Coy-Lens Mikels adını tabloya yazdırıb.

Bu, "Sabah"ın Çempionlar Liqasının əsas mərhələsində və ümumilikdə Azərbaycan təmsilçilərinin Çexiya klubları üzərində ilk qələbəsi kimi tarixə düşüb.

Xatırladaq ki, "Sabah" ilk matçda İngiltərədə "Mançester Yunayted"ə məğlub olub - 0:4. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda növbəti matçını oktyabrın 20-də evdə "Borussiya"ya (Dortmund, Almaniya) qarşı keçirəcək.

-------------

88-ci dəqiqədə Coy-Lens Mikels adını tabloya yazdırıb.

--------------

49-cu dəqiqədə Kahim Parris fərqlənib.

------------

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və Çexiyanın "Slaviya Praqa" komandalarının start heyətləri açıqlanıb.

Milli.Az xəbər verir ki, komandalar meydana aşağıdakı start heyətləri ilə çıxacaqlar.

"Sabah": Stas Pokatilov (k), Stiv Solvet, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Du Keyros, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.

"Slaviya Praqa": Yakub Markoviç, David Zima, Anj Nqessan, Tomaş Holeş (k), Daniel Ştrum, Mixal Sadilek, David Mozes, Tomaş Vlçek, Emmanuel Ayaosi, Lukaş Provod, Tomaş Horıy.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)