Bakının Sabunçu rayonunda, Aeroport şosesində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hazırda polis əməkdaşları sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görürlər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)