Mətbəxdə ən yüksək gücə malik cihazların başında elektrikli sobalar gəlir. Gücü 2500 Vatt və daha yuxarı olan bu sobalar anlıq güc istifadəsi baxımından təxminən 40 Vatt işlədən modern bir soyuducu kompressoru ilə müqayisədə 60-65 dəfə çox elektrik çəkir. Sobada yarım saatlıq bişirmə prosesi orta hesabla 1,25 kilovat-saat (kWh) enerji sərf edir.
Milli.Az digər cihazların sərfiyyatını təqdim edir:
İnduksiyalı plitə (ocaq): Ortalama 1200 Vatt güclə işlədildikdə saatda 1,2 kWh elektrik işlədir.
Paltaryuyan maşın: Bir yuuma dövrəsi suyun dərəcəsindən və proqramdan asılı olaraq 0,6 - 1 kWh arasında enerji xərcləyir.
Qənaət üçün mütəxəssis məsləhətləri:
Soba: Bişirmə zamanı sobanın qapağını tez-tez açmayın; itirilən istilik sobaya əlavə enerji xərclədir.
Plitə: Qazanın ölçüsünü ocaq gözünə uyğun seçin və qapağı bağlı saxlayın.
Çaydan (Kettle): Yalnız ehtiyacınız olan miqdarda su qaynadın.
Soyuducu: Ətrafında havalandırma boşluğu saxlayın və içine isti yemək qoymayın.
Paltaryuyan: Mümkün qədər aşağı temperaturlarda yuumağa üstünlük verin.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)