Qırğızıstan 2027-ci ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin IV Oyunlarına ev sahibliyi edəcək.
Milli.Az xəbər verir ki, bu barədə MDB ölkələrinin Bədən tərbiyəsi və idman üzrə Şurasının iclasında qərar qəbul olunub.
İştirakçılar Bişkekin 2027-ci il üçün "Birliyin İdman Paytaxtı" statusuna layiq görülməsini yekdilliklə dəstəkləyiblər. Həmin il Qırğızıstan MDB ölkələrinin Bədən tərbiyəsi və idman üzrə Şurasına da sədrlik edəcək.
Qeyd edək ki, MDB ölkələrinin ilk Oyunları 2021-ci ildə Rusiyanın Kazan şəhərində, ikinci Oyunları 2023-cü ildə Belarusun paytaxtı Minskdə, üçüncü Oyunları isə 2025-ci ildə Azərbaycanın Gəncə şəhərində keçirilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)