Pelin Karahan ilk dəfə boşanma səbəbini açıqladı - (Foto)

12 Oktyabr 2026 23:25

Türkiyəli aktrisa Pelin Karahan iş adamı Bedri Güntayla 12 illik evliliyini bitirməsinin səbəbini ilk dəfə açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə sənətçi verilişlərin birində danışıb.

"Xoşbəxt olmayan bir evliliyi davam etdirməkdənsə, ayrılmağı seçdim. Boşanmanın gözəli olmur, amma yaxşı ayrılıq bədbəxt evlilikdən daha yaxşıdır" deyə, aktrisa bildirib.

Qeyd edək ki, Pelin və Bedri 2014-cü ildə ailə qurub. Aktrisa ötən ilin aprelində boşanıb. Cütlüyün 2 oğlu var. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)