Bibər qızardarkən ən vacib nüans - nə yanır, nə də partlayır

13 Oktyabr 2026 07:07

Mətbəxdə tez-tez rast gəlinən, yanıq və təmizlik problemlərinə yol açan bibər sıçramalarının qarşısını almaq üçün sadə və təsirli qaydalar açıqlanıb.

Milli.Az xəbər verir ki, bibər qızardarkən edilən ən böyük səhv yuyulmuş bibərləri yaş halda dağ olmuş yağa tökməkdir. Səthdə qalan su yağla təmas etdikdə buxarlanır və yağın ətrafa sıçramasına sebəb olur. Bibərləri yuyub mətbəx dəsfmalı və ya kağız dəsfmalla tamamilə qurutmaq, xüsusilə saplaq hissələrində su saxlamamaq lazımdır.

Bütöv qızardılan bibərlərin içində istiliyin təsiri ilə buxar və təzyiq yaranır ki, bu da bibərin anidən patlamasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün tavaya atmazdan əvvəl bibərin böyrünə kiçik bir kəsik atmaq lazımdır. Bu, daxildəki buxarın rahat çıxmasını təmin edir.

Yüksək istilik bibərlərin qabığının tez yanmasına, içinin isə çiy qalmasına səbəb olur. Bibərləri yanmadan, içi yumşaq və çölü qızarmış halda bişirmək üçün orta odda qızartmaq və hərdən bir çevirmək kifayətdir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)