Şəmkirdə 30 yaşlı kişi toydan sonra bıçaqlandı

12 Oktyabr 2026 22:07

Şəmkirdə toy mərasimindən sonra mübahisə bıçaqlanma ilə bitib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Ramin Əmrahov bıçaq xəsarəti ilə xəstəxanalardan birinə yerləşdirilib.

İlkin məlumata görə, hadisədə qonşusu 1993-cü il təvəllüdlü Samir Abdullayev şübhəli bilinir.

Bildirilir ki, tərəflər bir gün öncə Şəmkir rayonunda keçirilən toy mərasimində iştirak ediblər. Onlar arasında mübahisə yaranıb və hadisə baş verib. 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)