Vüsal Nəsirli federasiya prezidenti oldu

12 Oktyabr 2026 20:10

Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.

Milli.Az xəbər verir ki, federasiyanın prezidenti vəzifəsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli seçilib.

Qeyd edək ki, vitse-prezident vəzifələrinə isə Agentliyin İdarə Heyəti sədrinin müavini Tural Mailov və Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış boks mütəxəssisi İlkin Ağayev seçiliblər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)