Göygöldə 62 yaşlı kişi ağacdan yıxılaraq ölüb

12 Oktyabr 2026 20:39

Göygöldə bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü X. Cəlilov yaşadığı evin həyətində qoz ağacından yıxılaraq ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)