Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edilib.
Milli.Az APA-ya istinadən bildirir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb.
Sərəncama əsasən, Abbas Zaman oğlu Muxtar-zadə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin olunub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)