Azərbaycan dövləti məktəblərdə vahid formanın tətbiq ilə bağlı qərar qəbul edib.Bu da bütün dünyanın qəbul etdiyi şərtlərdir.
Milli.Az xəbər verir ki, bunu vahid məktəbli geyimi ilə bağlı qərarla bağlı süni yaradılmış ajiotaja münasibət bildirən Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
"Hesab edirəm ki, körpə uşaqlara hansısa dini təqlqinlər vasitəsilə onların dünyagörüşünə təsir göstərmək çox mənfi haldır. Azərbaycan dünyəvi dövlətdir. Burada hicaba qadağa yoxdur. Amma dünyəvi təhsil sistemində vahid məktəbli forması vacibdir. Hamımız birmənalı olaraq bunu qəbul etməliyik", - deyə o, əlavə edib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı-dramaturq İlqar Fəhmi bildirib ki, vahid məktəbli forması ilə bağlı qərarın ətrafında hay-küy qaldıranların 10-15 faizi bu məsələ aidiyyatı olan insanlardır.
"Qalan 90 faizin yarısı birbaşa Azərbaycanın əleyhinə işləyənlərdir, qalanları isə Azərbaycanda yaşasalar da, tək məqsədləri hansısa bir məqamı şişirdib, bunu hesabına sosial şəbəkədə reytinq qazanmaqdır", - deyə o, vurğulayıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)