Röyanın həmkarına təyyarədə sözləri diqqət çəkdi: "Səni kluba aparacaqdım" - (Video)

12 Oktyabr 2026 17:30

Xalq artisti Röya Ayxanla müğənni Aysun İsmayılovanın Rusiyada keçirilən dəbdəbəli toy mərasimindən qayıdarkən təyyarədə çəkdikləri video maraqla qarşılanıb.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Röya Ayxanın Aysuna ünvanladığı sözlər diqqət çəkib.

Belə ki, Xalq artisti həmkarına "Aysun, dünən səni kluba aparacaqdım. Bakıda klub var?" sualını verib.

Aysun İsmayılova isə buna gülərək "Eybi yox, Türkiyəyə gedərik" cavabını verib.

Onların təyyarədəki səmimi söhbəti sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)