Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihad Ziyalan 90 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, sənətçi Avstraliyada dünyasını dəyişib.
Uzun illər sənət fəaliyyəti ilə məşğul olan Nihad Ziyalan çoxsaylı filmlərdə rol alıb. O, xüsusilə mənfi obrazları ilə tamaşaçıların yaddaşında qalıb.
Aktyorun çəkildiyi tanınmış ekran əsərləri arasında "Seyid Xan (Torpağın gəlini)", "Ümidsizlər", "Sezercik aslan parçası", "Üç kağızçılar (Dələduzlar)" və "Hər şey oğlum üçün" filmləri yer alır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)