Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib

12 Oktyabr 2026 15:28

2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)