Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqləyib. Yeni paket çərçivəsində Rusiyanın müdafiə sənayesi ilə əlaqəli olduğu bildirilən təxminən 1600 şirkət və şəxs qara siyahıya salınıb.
Milli.Az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas "X" sosial şəbəkəsində məlumat verib.
"Aİ-nin xarici işlər nazirləri Rusiyanın hərbi-sənaye kompleksini hədəf alan təxminən 1600 yeni sanksiya siyahısını qəbul ediblər", - deyə Kallas bildirib.
Sanksiyalar siyahının Aİ-nin Rəsmi Jurnalında dərc olunmasından sonra qüvvəyə minəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)