Braziliyanın "Korintians" klubu baş məşqçi postuna niderlandlı mütəxəssis Klarens Zeedorfu gətirib.
Milli.Az xəbər verir ki, San-Paulu təmsilçisinin mətbuat xidməti 50 yaşlı mütəxəssislə 2027-ci ilin sonuna qədər qüvvədə olacaq müqavilənin imzalandığını açıqlayıb.
Qeyd edək ki, "Korintians" Klarens Zeedorfun məşqçilik karyerasında çalışdıracağı beşinci komanda olacaq. O, daha əvvəl İtaliyanın "Milan" (2014), Çinin "Şençjen" (2016), İspaniyanın "Deportivo" (2018) klublarında, həmçinin Kamerun millisində (2018-2019) baş məşqçi kimi fəaliyyət göstərib.
Niderlandlı keçmiş futbolçu son dövrlərdə ölkəsinin Kral Futbol Assosiasiyasının (KNVB) Müşahidə Şurasının üzvü olub.
"Korintians" Braziliya çempionatında keçirdiyi 29 oyunda 32 xal toplayaraq turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)