Azərbaycanın tanınmış müğənnisi Elçin Hüseynov qardaş Türkiyədə türk sənət dünyasının "babası", sevilən Cengiz Kurtoğlunun evində ailəsi ilə birlikdə qonaq olub.
Milli.Az xəbər verir ki, uzun illərin dostlarını bir araya gətirən ailəvi tədbirdən səmimi görüntüləri yayılıb.
Onu da qeyd edək ki, dekabr ayında Elçin Hüseynovun "50 illik ömür - 30 illik sənət" yubileyi münasibətilə möhtəşəm qala-konsert keçiriləcək. Gecədə türk dünyasının tanınmış və sevilən simalarının iştirakı gözlənilir. İkilinin Elçin Hüseynovun türkiyəli müğənninin repertuarından olan ifasına qulaq asdığı görüntü marağa səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)