Müğənni Pünhan Piriyev Xalq artisti Aygün Kazımova ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
Milli.Az xəbər verir ki, sənətçi çəkdirdiyi videoda əvvəlki açıqlamasının həqiqəti əks etdirmədiyini deyərək Xalq artistindən üzr istəyib.
Pünhan bildirib ki, Aygün Kazımovanı toyuna dəvət etməyəcəyi ilə bağlı dedikləri zarafat olub və bu sözləri ciddi qəbul edilməməlidir.
"Aygün xanımı toyuma çağırmayacağım barədə dediklərim yalan idi. Elə bir şey olmayıb. Zarafatca, öz aramızda olub. Əgər səhvim varsa, üzrlü saysın. Borcumdur bunu demək, bir də qulağına çatar. Düz etməmişəm elə deməklə. O bizim ürəyimizdir, canımızdır", - deyə müğənni qeyd edib.
Pünhan Piriyevin bu etirafı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)