Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?

12 Oktyabr 2026 11:37

Ölkədə ən yüksək orta maaş mədənçıxarma sənayesi sahəsində qeydə alınıb.

Milli.Az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında göstərilir.

Qeyd olunur ki, bu məbləğ 4207.2 manat təşkil edib.

Maliyyə-sığorta sahələrində çalışanların orta əməkhaqqısı 3102.1 manat olmaqla siyahıda ikinci, informasiya-rabitə sahələrində isə 2130.2 manat olmaqla üçüncü yerlərdə qərarlaşıb.

Ən aşağı ortaaylıq əməkhaqqı isə 749 manat olmaqla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)