Bir həftədə 327 piyada əleyhinə mina tapıldı

12 Oktyabr 2026 11:08

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (05.10.2026-11.10.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Milli.Az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 327 piyada əleyhinə mina, 34 tank əleyhinə mina, 624 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1239,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)