"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin dekabr müqaviləsinin dəyəri 1,29% azalaraq 1 barelə görə 103,37 ABŞ dolları təşkil edib.
Milli.Az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin noyabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1,7% azalaraq 90,29 ABŞ dollarına bərabər olub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)