Toralın klubu məğlub oldu

11 Oktyabr 2026 22:23

Türkiyə 1-ci Liqasında 9-cu turun oyunları oyunları keçirilir.

Milli.Az  xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramovun formasını geyindiyi "Bursaspor" doğma meydanda "Mardin 1969" komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Toral Bayramov matçı ehtiyat oyunçular skamyasından izləyib.

11 oktyabr

"Bursaspor" - "Mardin 1969" - 1:2

Qollar: K.İheanaço, 81 - T.Tekliç, 21, Z.Dimitrov, 90+4

Qeyd edək ki, bu nəticədən sonra "Bursaspor" 19 xalla 2-ci pillədə qərarlaşıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)