Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır

12 Oktyabr 2026 00:31

Şotlandiyanın Orkney adalarında Uestrey ilə Papa Uestrey arasında həyata keçirilən uçuş cəmi 53 saniyə çəkir.

Milli.Az xəbər verir ki, məsafəsi cəmi 2,7 kilometr olan bu xətt havalanan kimi enişə keçən təyyarəsi ilə diqqət çəkir.

Bu qısa məsafə üçün təyyarədən istifadə olunması adada dənizin hər zaman sakit olmaması və bərə (feribot) reyslərinin ehtiyacı tam ödəməməsi ilə bağlıdır.

Reysləri "Loganair" aviaşirkəti təşkil edir. Uçuşlarda 8 nəfərlik, tək pilotla idarə olunan və qısa uçuş-eniş zolaqlarına rahat enə bilən "Britten-Norman Islander" təyyarəsindən istifadə olunur.

Həm turistlər, həm sakinlər üçün: 1967-ci ildən bəri fasiləsiz davam edən bu səfər turistlər üçün marqlı bir təcrübə, adalılar üçün isə gündəlik həyatın ayrılmaz hissəsidir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)