İngiltərə Premyer Liqasının 6-cı turunda "Mançester Siti" səfərdə "Liverpul"u 3:0 hesabı ilə məğlub edib.
Milli.Az xəbər verir ki, "Enfild" stadionunda keçirilən qarşılaşmada ev sahibləri 62-ci dəqiqədə azlıqda qalıb. Rayan Qravenberx qırmızı vərəqə alaraq meydandan qovulub.
Bundan sonra "şəhərlilər" üstünlüyü ələ alıblar. Erlinq Haaland 65-ci dəqiqədə hesabı açıb, Ceremi Doku 68-ci dəqiqədə fərqi artırıb. Rayan Şerki isə 78-ci dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib - 3:0.
Bu qələbədən sonra 18 xala çatan "Mançester Siti" turnir cədvəlinə başçılıq edir. "Liverpul" isə 9 xalla 9-cu pillədə qərarlaşıb.
Növbəti turda hər iki komanda oktyabrın 17-də meydana çıxacaq. "Liverpul" "Brentford"la, "Mançester Siti" isə "İpsviç Taun"la qarşılaşacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)