Masazır-Novxanı yolunun Masazır qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə zamanı "KIA" markalı minik avtomobili motosikletlə toqquşub.
Qəza nəticəsində motosikletdə olan iki nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)