Cibuti sahillərində miqrantları daşıyan gəmi batdı - 109 ölü var

11 Oktyabr 2026 19:47

Cibuti sahillərində 350 nəfəri daşıyan miqrant gəmisinin batması nəticəsində ən azı 109 nəfər həlak olub, 116 nəfər isə itkin düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (BMQT) məlumatına görə, hadisə Cibutinin Obok sahillərində qeydə alınıb.

Cibutidən Yəmənə getməyə çalışan gəmi çevrilərək dənizdə batıb.

Axtarış-xilasetmə işləri zamanı sudan çıxarılan 109 meyitdən 52-nin kişi, 42-nin qadın, 15-nin isə uşaq (9 qız və 6 oğlan) olduğu müəyyən edilib. Fəlakətdən sağ çıxan 80 nəfərin hamısının Efiopiya vətəndaşı olduğu bildirilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)