Biləsuvarda zəncirvari qəza oldu - Ölən və yaralananlar var

11 Oktyabr 2026 17:18

Biləsuvarda bir neçə minik avtomobilinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə Yeni Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, avtomobillərin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, bir neçə nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.