Stiven Siqal dördüncü dəfə boşandı

11 Oktyabr 2026 16:20

Hollivud ulduzu Stiven Siqal dördüncü həyat yoldaşı, rəqqasə Batsuxiyn Erdenetuya ilə boşanıb.

Milli.Az xəbər verir ki, bu barədə "Super" nəşri məlumat yayıb.

Aktyor evli olub-olmadığı haqda suala "Xeyr, azadam" cavabını verib.

Qeyd edək ki, Stiven Siqal Batsuxiyn Erdenetuya ilə 2000-ci illərin əvvəllərində tanış olub, 2009-cu ildə ailə qurub. Həmin il cütlüyün Kunzan adlı oğlu dünyaya gəlib.