Vladimir Baranov vəfat etdi

11 Oktyabr 2026 15:35

Rusiyalı aktyor Vladimir Baranov 70 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə aktyorunçalışdığı Ryazan Gənclər Teatrı məlumat yayıb.

Vladimir Baranov "Fənərləri sınmış küçələr", "İstintaqın sirləri", "Bandit Peterburq" və "Dahi" kimi məşhur film və seriallarda rol alıb.

Qeyd edək ki, aktyor teatr səhnəsində 70-dən çox obraz yaradıb, kino sahəsində isə 88 rolda çıxış edib. O, 2013-cü ildən Ryazan Gənclər Teatrında fəaliyyət göstərirdi.