Sumqayıtda kişi dəm qazından boğularaq öldü

11 Oktyabr 2026 09:54

Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi yaşayış evində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Məzahir Zahid oğlu Mejdunov evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.