Yaponiyanın paytaxtı Tokioda yaşayan Şoci Morimoto qeyri-adi qazanc üsulu ilə diqqət çəkir. O, insanlara heç bir xüsusi xidmət göstərmədən, sadəcə yanlarında olaraq dolanışığını təmin edir.
Milli.Az xəbər verir ki, Morimoto öz işini belə tərif edir: "Mən əsasən özümü icarəyə verirəm. İşim müştərilərimin olmağımı istədiyi yerdə tapılmaq və xüsusi olaraq heç nə etməməkdir."
O, hər görüş (rezervasiya) üçün 10 min yapon yeni (təxminən 65-70 dollar) tələb edir.
Morimoto təxminən 4 il ərzində 4 minə yaxın görüş reallaşdırıb.
Müştərilərin dörddə biri xidmətdən təkrar istifadə edib. Hətta bir nəfərin onu düz 270 dəfə icarəyə götürdüyü məlum olub.
Müştərilər onu parkda yelləncəyə minmək, stansiyadan qatara minərkən platformadan əl sallayaraq yola salınmaq və ya sadəcə tənhalığı bölüşmək üçün kirayələyirlər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)