Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentdəki hərəkətləri gülüşə səbəb olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Paşinyanla müxalifət deputatı Qarnik Davtyan arasında keçən dialoq zamanı baş verib.
Belə ki, deputat bir neçə gün öncə Ermənistana keçən azərbaycanlı əsgərlə bağlı danışıb. O, Paşinyana əsgərin Azərbaycana təhvil verilməsi haqda sual verib və "Əgər buna mane ola bilmirsinizsə və buna gücünüz çatmırsa, bizə bir işarə verin, biz də anlayaq", - deyib.
Paşinyanın bundan sonra verdiyi "işarə" kameralara düşüb və gülüş doğurub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)