İstanbulun Kartal rayonunda yerləşən Qoşuyolu Yüksək İxtisas Təhsil və Araşdırma Xəstəxanasının əlavə poliklinika binasının damında yanğın baş verib.
Milli.Az xəbər verir ki, hələlik müəyyən olunmayan səbəbdən başlayan yanğın nəticəsində əraziyə çoxlu sayda yanğınsöndürən və polis heyəti cəlb olunub.
Yanğınla əlaqədar xəstəxanada həyəcanlı anlar yaşanıb və xəstələrin təxliyə edilməsinə başlanılıb.
Hazırda yanğınsöndürmə briqadalarının alovlara müdaxiləsi və söndürmə işləri davam edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)