İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - (Foto)

10 Oktyabr 2026 21:08

Türkiyəli aktrisa Necla Uygurun dəfninə qatılan həmkarı İpek Tanrıyar geyiminə görə tənqid olunub.

Milli.Az xəbər verir ki, aktrisanın mərasimə sinəsi açıq köynəkdə gəlməsi izləyicilər tərəfindən bir mənalı qarşılanmayıb.

İpek məsələyə münasibət bildirərək bunları deyib:

"Kaş kimsə məni bununla bağlı xəbərdar etsəydi, dərhal düzəldərdim. Bu, şüurlu şəkildə edilmiş seçim deyildi. Hörmətsizlik etmək istəsəydim, dəfn mərasimində başımı örtməzdim". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)