8 Noyabr prospektində güclü yanğın baş verib - Yenilənib

10 Oktyabr 2026 19:51

Bakının Xətai rayonunda baş verən yanğının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

---------------

Bakının Xətai rayonunda yanğın başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində taxta və təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)