Vəzifəsindən azad olunan polkovnik Nofəl Əsədova yüksək vəzifə verildi

10 Oktyabr 2026 18:43

Polkovnik Nofəl Əsədov yeni posta gətirilib.

Milli.Az Baku.vs-yə istinadən xəbər verir ki, o, Fövqəladə Hallar Nazirliyində (FHN) yüksək vəzifəyə təyin olunub.

Qeyd edək ki, N.Əsədov 2023-cü ilin sentyabrından bəri Penitensiar Xidmətin rəis müavini vəzifəsində çalışırdı. O, bu gün sözügedən vəzifədən azad edilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)