Görkəmli sənətkar Rafael Dadaşovun 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib - (Foto)

10 Oktyabr 2026 16:35

Akademik Milli Dram Teatrında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin görkəmli incəsənət və ədəbiyyat xadimlərinin yubileylərinin keçirilməsi haqqında tədbirlər planına əsasən Xalq artisti, görkəmli sənətkar Rafael Dadaşovun 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib.

Tədbirdə çıxış edən Xalq artisti Rafiq Əzimov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı  Hacı İsmayılov, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə görkəmli sənətkarın Azərbaycan teatr və kino tarixində yaratdığı obrazlar haqqında danışıb, teatr sənətinin inkişafındakı böyük xidmətlərindən bəhs ediblər.

Tədbirdən sonra təqdim olunan Nikolay Qoqolun "Müfəttiş" tamaşası milli teatr sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikanın Xalq artisti Rafael Dadaşovun 80 illiyinə həsr olunub. Qeyd edək ki, Rafael Dadaşov 2016-cı ildə "Müfəttiş" tamaşasında Anton Antonoviç Skvoznik-Dmuxanovski rolunda çıxış edib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az