Ermənistanda hərbi qulluqçunun meyiti odlu silah yarası ilə aşkarlanıb.
Milli.A apa-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, hərbçinin meyiti bu gün aşkarlanıb. Hadisənin səbəblərinin və şəraitinin müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)