Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib

10 Oktyabr 2026 11:25

Qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində davam edən təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.

Milli.Az xəbər verir ki, millimiz "Antalyaspor"un qadın komandası ilə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb.

Komandamızın heyətində 40-cı dəqiqədə Nigar Mirzalıyeva, 69-cu dəqiqədə isə Manə Mollayeva fərqləniblər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)